IQNA

Qəzza qırğınında artıq 23 210 günahsız öldürülüb

20:30 - January 09, 2024
Xəbər sayı: 3495273
İQNA - Hərtərəfli mühasirə altındakı Qəzza sektorunda son sutka ərzində İsrail ordusu tərəfindən daha 126 nəfər dinc sakini qətlə yetirilib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Şəfəqna-ya istinadən xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi məlumat verib.

Bununla da, 7 oktyabrdan İsrailin öldürdüyü günahsız qəzzalıların sayı 23 210 nəfərə çatıb.

Həmçinin daha 241 nəfər də İsrail ordusunun hücumları nəticəsində yaralanıb; ümumilikdə isə indiyədək 59 167 Qəzza sakini xəsarət alıb.

Bundan başqa, İordan çayının Qərb sahilində və Qüds şəhərində də bu günə qədər 300-dən çox fələstinli İsrail qüvvələri tərəfindən qətlə yetirilib.

İsrail bombardmanları nəticəsində minlərlə dinc qəzzalı da itkin düşüb.

İsrail ordusunun öldürdüyü günahsız qəzzalıların ən azı 10 min nəfərini uşaqlar, 7 min nəfərini isə qadınlar təşkil edir. Həmçinin yaralılar və itkin düşmüş şəxslərin də böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.

Euro-Med isə bəyan edir ki, itkin düşən və dağıntılar altında qalanlar da nəzərə alınarsa, İsrail ordusu tərəfindən həyatına son qoyulan günahsız fələstinlilərin sayı 30 mindən çoxdur.

captcha