IQNA

Məscidül-Həramda əlillərin hərəkəti asanlaşdırılıb

10:58 - April 24, 2024
Xəbər sayı: 3495830
İQNA – Məscidül-Haram rəhbərliyi əlil zəvvarların Məscidül-Haramda hərəkətini asanlaşdırmaq üçün yolları rənglərlə işarələyib.

"İQNA", "Culat" saytına istinadən xəbər verir ki, əlil arabalarından istifadə edən əlil zəvvarlar üçün ayrılmış rəngli yollar Məkkə ətrafından başlayır və Məscidül-Həramın şimal həyətlərinə qədər uzanır. Bununla da əlil arabasında olan əlil zəvvarlar asanlıqla və sakit şəkildə Məscidül-Hərama daxil olaraq Həcc ziyarətlərini yerinə yetirə bilərlər.

Bu rəngarəng cığırlar Beytul-Hərəmdə zəvvarların piyada yoluna bitişik və Məscidül-həramın şimal genişləndirmə planının yanında yerləşir və yerdə qərar verilmiş xüsusi nişanlarla işarələnib. Bu insanların Məscidül-Hərama girib-çıxışlarını asanlaşdırmaq üçün onların qayıdış yolları da xətlər və oxlarla müəyyən edilib.

4211754

captcha