"İQNA", "Əxbar 24"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyi Taylandda böyük Quran hifzi müsabiqəsinin ilkin mərhələsini keçirib.
Bu yarışlar Taylandın Mərkəzi İslam Şurası ilə əməkdaşlıq çərçivəsində bu ölkə müsəlmanlarını Qurani-Kərimi əzbərləməyə təşviq etmək və bu sahədə rəqabət mühiti yaratmaq məqsədi ilə keçirilir.
Sözügedən müsabiqənin mükafatları yarım milyon Səudiyyə rialına çatır. 288 kişi və qadın iştirakçı Quranın təfsirlə tam əzbəri, 15 cüzünün əzbəri, 10 cüzünün əzbəri, beş cüzünün əzbəri sahələrində yarışır.
4076620