Amerikada polisin vəhşiliyi nəticəsində öldürülən qaradərili Corc Floydun qətlindən sonra irqçiliyə və ədalətsizliyə qarşı etiraz aksiyaları davam edir.
Amerika dövlətinin irqçi və islamofob siyasətinə qarşı başladılan bu etirazlarda müxtəlif milliyyətlər və müxtəlif dinlərin davamçıları iştirak edirlər.
Qırx gündən çox davam edən etiraz aksiyalarında "Əllahu Əkbər" sədaları da eşidilir. Onlar insanları dinindən asılı olmayaraq hamı barədə ədalətin bərqərar edilməsini istəyirlər və zülm məhv edilincəyə qədər etirazları davam etdirəcəklərini deyirlər. /3909459