IQNA

Məkkədə 12 mindən çox məscid Ramazan ayını qarşılamağa hazırdır

3:11 - March 12, 2024
Xəbər sayı: 3495612
İQNA – Səudiyyə Ərəbistanının Məkkə şəhərində 12 mindən çox məscid müqəddəs Ramazan ayında ibadət edənləri qəbul etməyə hazırdır.

"İQNA", "Əl-Səbk" saytına istinadən xəbər verir ki, Ramazan ayını qarşılamağa hazır olan məscidlərdən 460-ı şəhərin mərkəzindədir.

Dini İşlər Nazirliyinin Məkkə şöbəsi Ramazan ayı üçün məscidlərin xalçalarla döşənməsi, təmizlənməsi və ətirlənməsi üçün hazırlıq işlərini yekunlaşdırıb.

Bundan əlavə, Nazirlik Ramazan ayı ərzində görüləcək tədbirlərlə bağlı təlimat dərc edib. O, məscid imamlarına iftar süfrəsi verməyi və maddi yardım istəməyi qadağan edib.

Nazirlikdən bildirilib ki, məscidlərin təmiz saxlanılması üçün bu yerlərdə iftar süfrələri açılmamalıdır.

Bundan əlavə, məscidlərdə camaat imamlarının və ibadət edənlərin videoya çəkilməsi, duaların müxtəlif media vasitəsilə ötürülməsi və yayımlanması qadağandır.

Eyni halda camaat imamlarına təravih namazını uzatmamaq və orucla bağlı xütbələr söyləmək tövsiyə olunub.

4204621

captcha