IQNA

Qəzzada şəhidlərin sayı 27 min 947-yə yüksəlib

7:31 - February 10, 2024
Xəbər sayı: 3495443
İQNA - İşğalçı rejimin Qəzza zolağına qarşı hücumlarında şəhid olan fələstinlilərin sayı 107 nəfər artaraq 27 min 947 nəfərə çatıb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf Əl-Qudra açıqlamasında sionist rejimin Qəzza zolağına 126 gündür hücumları barədə məlumat verib.

Bildirilib ki, sionist qüvvələr son 24 saat ərzində Qəzza zolağında daha 107 fələstinlini qətlə yetirib, şəhidlərin sayı isə 27 min 947 nəfərə çatıb.

Qeyd olunub ki, son hücumlarda daha 142 nəfərin yaralandığı Qəzza zolağında yaralananların ümumi sayı 67 min 459-a çatıb.

Səhiyyə Nazirliyinin sözçüsü Qudra, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin işğal qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.

captcha