IQNA

UNİCEF Qəzzədə qida çatışmazlığı haqda xəbərdarlıq edib

18:05 - December 24, 2023
Xəbər sayı: 3495167
İQNA - BMT-nin uşaq fondu- YUNİSEF(UNICEF), Qəzzədə kəskin qida çatışmazlığından xəbər verib.

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) Səhərtv-yə istinadla xəbər verir ki, YUNİSEF-in məlumatında deyilir ki, Qəzzədəki uşaqların səksən faizindən çoxu sözügedən problemdən əziyyət çəkir. YUNİSEF Qəzzə zolağındakı uşaqların fəlakətli və acınacaqlı durumu haqda xəbərdarlıq edib.

BMT-nin uşaq fondu həmçinin bildiribdir ki, Qəzzədə beş yaşınadək olan minlərlə uşaq pis qidalanma səbəbindən şəhid ola bilər.

Təşkilatın bəyanatında deyilir ki: Bu qəbuledilməz təhlükə Qəzzə zolağındakı səhiyyə və qida sistemlərinin tam dağılmanın şahidi olduqları bir zamanda baş verir.

captcha