IQNA

İranda Fələstin xalqına dəstək yürüşü keçirildi

15:31 - October 13, 2023
Xəbər sayı: 3494860
TEHRAN (IQNA) - İran xalqı ölkənin hər yerində məzlum Fələstin xalqına dəstək yürüşü keçirdi

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, İran İslam xalqının “Əl-Əqsa tufanı” əməliyyatına keçirdiyi böyük dəstək yürüşündə “İsrailə ölüm” “Məhv olsun Amerika” şüarları ilə aralarında uşaqların çoxluq təşkil etdiyi yüzlərlə fələstinlinin şəhadətinə səbəb olan cinayətkar sionistlərin Qəzzanı bombalamasına qarşı öz nifrət hislərini ifadə etmişlər

Tehran əhalisi yağışlı cümə günündə Qəzzanın uşaqları və müdafiəsiz əhalisinə dəstək olmaq üçün küçələrə çıxaraq “İsrailə ölüm” şüarı səsləndirmişlər.

İnqilab küçəsinin müxtəlif yerlərindəki bir neçə nəğməkar qrupları Qəzzanın məzlum xalqının müdafiəsi və uşaq öldürən sionist rejimin pislənməsi üçün qəhrəmanlıq səhnələrini canlandıran nəğmələr oxuyublar.

captcha