"İQNA", "Əl-şuruq"-ə istinadən xəbər verir ki, Quran məktəblərində təhsil almış Quran hafizlərinin ardıcıl təhsildə uğur qazanmaları əlcəzairli valideynləri Qurani-Kərimi öyrənmək və onu əzbərləmək üçün övladlarını bu məktəblərə yazdırmağa sövq edib. Hesab olunur ki, bu məktəblərdə oxumaq yaddaşı gücləndirməklə yanaşı, həm də uşaqların elmi və idraki qabiliyyətlərini gücləndirir. Bununla da onların təhsildə uğur qazanmalarına səbəb olur.
Quran məktəblərinin rəsmiləri, istər məscidlərdə, istərsə də müstəqil Quran məktəblərində yerləşən məktəblər, bu rəğbətə görə yeni şöbələr açmağı düşündüklərini açıq şəkildə bildiriblər.
Əlcəzairin ən məşhur Quran məktəblərindən biri olan və bu ölkənin Babuz-Zəvvar bölgəsində yerləşən “İqrə” Quran və Elmləri İnstitutunun direktoru Əmmar Rabbe Əş-Şorfi bildirib: " Valideynlər və tələbələr tərəfindən Quran məktəblərinin rəğbətlə qarşılanması Quran təliminin ümumilikdə insanın həyatına, xüsusən də insanın akademik tərəqqisinə müsbət təsirini göstərir.
Mövcud statistikaya görə, Quranı yalnız şəriət və dini elmlər üzrə təhsil almaq istəyənlər əzbər bilirdilərsə də, indi Quran məktəblərində Quranı öyrənmək və əzbərləməklə məşğul olan insanların 95%-dən çoxu dini elmlər və şəriətdən başqa sahələrdə təhsil alır.
4169313