IQNA

Milan şəhərində ilk məscid istifadəyə veriləcək

22:39 - September 04, 2023
Xəbər sayı: 3494700
ROMA (IQNA) - İtaliyanın Milan şəhərində ilk məscid istifadəyə veriləcək. Adıçəkilən şəhərdə indiyədək məscidin olmadığını nəzərə alaraq, yerli müsəlman icması bu təkliflə razılaşıb.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) şəfəqna-ya istinadən xəbər verir ki, ibadətgah olduqca qeyri-adi bir məkanda açılacaq.

Belə ki, yerli müsəlman icması yerli hakimiyyət orqanlarından tarixi ictimai hamam binasını alıb.

Sözügedən tikili hələ 1928-ci ildə inşa edilib.

Orada hamamın ardınca düymə fabriki və texnikum fəaliyyət göstərib, 1999-cu ildə isə bina tərk edilib.

2016-cı ildən isə binada qeyri-qanuni məskunlaşma prosesi başlayıb.

Milan rəhbərliyi bu problemi həll etmək üçün müsəlman icmasına orada məscid açmağı təklif edib. Adıçəkilən şəhərdə indiyədək məscidin olmadığını nəzərə alaraq, yerli müsəlman icması bu təkliflə razılaşıb.

captcha