"İQNA", "Səbəq"-ə istinadən xəbər verir ki, iki Müqəddəs Hərəmin Ümumi rəhbərliyi elan edib: Beytullahil-Həram zəvvarlarının bilik və mədəni-tarixi təcrübələrini təkmilləşdirmək məqsədi ilə bu il Həcc mövsümündə ilk dəfə olaraq 20 müxtəlif sərgi keçiriləcək.
Bu sərgilərə Məscidül-həramda daimi sərgilər, Məkkə, Mədinə və Ciddə şəhərlərində virtual və səyyar sərgilər daxildir.
Zəvvarlar bu sərgiləri ziyarət edərkən Məscidül-Həram və Məscidün-Nəbinin (s) tarixi və bu iki müqəddəs məkanın müxtəlif inkişaf mərhələləri ilə tanış olurlar.
Bu sərgilərdən ən mühümləri Məscidün-Nəbinin (s) memarlıq sərgisi, Məscidül-Həramın inkişaf tarixinin sərgisi və Məscidül-Həramın əlyazmalarının sərgisidir.
Bu sərgilərlə yanaşı, zəvvarların bilik və məlumatlılığını artırmaq məqsədilə tarixi və mədəni yerlərə səfərlər də təşkil edilir.
4148056