IQNA

İraqda Ərbəin yürüşü erkən başlayıb

17:48 - August 27, 2022
Xəbər sayı: 3492808
İraqın Bəsrə əyalətinin Fav bölgəsində yerləşən “Rəs Əl-Bişə” bölgəsində Ərbəin yürüşünün iştirakçıları “Dənizdən çaya” şüarı ilə bu mərasimin erkən başladığını elan ediblər.

"İQNA", "Əl-murbəd"-ə istinadən xəbər verir ki, İraqın Bəsrə əyalətində yerləşən Fav şəhərinin "Rəs Əl-Bişə" bölgəsinin bir sıra vətəndaşları Kərbəla istiqamətində Ərbəin yürüşünə başlayıblar. Bu mərasimdə iştirak edənlərin əksəriyyəti gənclərdir.

Bu yürüşün rəsmi başlanğıc mərasimi bir neçə gündən sonra Nəcəf Əşrəfdən olan bir sıra din xadimləri, dövlət rəsmiləri və zəvvarlara xidmət edənlərin iştirakı ilə başlayacaq.

Digər tərəfdən, İmam Hüseynin (ə) zəvvarlarını yemək, içmək və istirahət mərkəzləri ilə təmin etmək üçün Bəsrə vilayətinin şimalındakı Fav yolunda istirahət yerləri qurulub. Bu yürüş 12 ilə 14 gün arasında davam edir.

4081106

captcha