"İQNA", "Sevəl-Əxbariyyə"-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanındakı iki müqəddəs ziyarətgahın müdiriyyəti zəvvarları Məkkə hərəmində Kəbə pərdəsini toxuma sənəti ilə tanış etmək üçün sərgi təşkil edib.
Bu sərgidə zəvvarlar Kəbə pərdəsinin toxunma sənəti, xəttatlıq və üzərində söz və motivlərin toxunma üsulları ilə tanış olub. Həmçinin ilk dəfə olaraq bu sənətin qısa bir hissəsini məşq ediblər.
4068144