"İQNA", "Əl-usbu"-a istinadən xəbər verir ki, bu məclislərdə Səudiyyə Ərəbistanının Qurani-Kərim müəllimləri dərs deyəcəklər. Bu proqram Həcc ziyarəti zamanı zəvvarların fəaliyyətlərinə və xüsusi proqramlarına uyğun olaraq həyata keçiriləcək.
Məscidül-Həram və Məscidün-Nəbinin rəhbərliyi həmçinin Allah Evinin zəvvarları üçün bir neçə dildə broşürlərin nəşri, Allah Evinin qonaqlarına bələdçilik üçün xüsusi proqram və 24 saat şəriət məsələlərinin cavablandırılması kimi digər proqramları da həyata keçirir.
4067781