IQNA

Kəraçi Seminarında Hindistan Müsəlman İcmasının Gələcəyi araşdırılıb

21:37 - May 29, 2022
Xəbər sayı: 3492313
Hindistanda müsəlman azlığın vəziyyətinə həsr olunmuş seminarın iştirakçıları Hindistanda müsəlmanların vəziyyətinin perspektivindən narahat olduqlarını bildiriblər.

"İQNA", "Business Recorder"-ə istinadən xəbər verir ki, belə nəzərə gəlir, hind müsəlmanlarının gələcəyi qaranlıqdır və doğru yoldan uzaqdır. Çünki hindu ekstremistləri onlara qarşı hindu ideologiyası ilə (Hinduizmə əsaslanan millətçilik) mübarizə aparırlar.

Bu fikirləri dünən, mayın 28-də Pakistan Beynəlxalq Münasibətlər İnstitutunda "Hindistanda azlıqların statusu" mövzusunda seminarda senator Cavid Cabbar və Lahor İdarəetmə Elmləri Universitetinin (LUMS) Siyasi Elmlər üzrə ustadı Məhəmməd Vəsim səsləndiriblər.

Vəsim eyni zamanda deyib ki, Hindistandakı müsəlmanlar xarici sayılırlar, ona görə də sağcı qüvvələr onlara qarşı birləşiblər. Ölkənin ən sivil cəmiyyəti olan Hindistan müsəlmanları ciddi mədəni təzyiq altındadır. Bundan əlavə, hind ekstremistləri təkcə tarixlə mübarizə aparmırlar, onu yenidən yazırlar. Beləliklə, Hindistan müsəlmanlarının gələcəyi qaranlıq və ədalətdən uzaq görünür.

4060480

 

captcha