IQNA

İndoneziyada "Hicab geyin" şirkəti fəaliyyət göstərir

14:36 - November 14, 2021
Xəbər sayı: 3491196
"HIJUP" (Hicab geyin) startapı, dünyada İslam modası elektron-ticarəti sahəsində fəaliyyət göstərən ilk şirkətdir. O, İndoneziyada moda və hicab sahəsində müxtəlif milli və beynəlxalq brendləri birləşdirməyə diqqət edir. Demək olar ki, bütün məhsullarını onlayn olaraq müştərilərə təqdim edir.

İQNA-nın verdiyi xəbərə əsasən, Müasir dünyada moda və zərgərlik kimi mövzular sürətlə dəyişir. Hər il dünyanın müxtəlif yerlərində fərqli jurnallar, qəzetlər və tədbirlər moda və geyim sənayesindəki ən son inkişafları və dəyişiklikləri təqdim edir.

İlk baxışdan İslam ölkələri və müsəlmanlar İslam qanunlarının əhatə dairəsinə və riayət olunmasına qoyulan məhdudiyyətlər səbəbindən bu sahədə fəal olmaya və ya çox məhdud ola bilərlər. Amma praktikada moda sənayesi İslam şəriət məsələlərinə riayət edən müxtəlif geyimlər təklif edən startapların və şirkətlərin meydana çıxmasının şahidi olur.

Ümumiyyətlə, İslam modası dünya müsəlmanları arasında istifadənin qlobal artımı ilə sıx bağlıdır. Müsəlmanları müasir paltarlar və gözəl dizaynlar geyinməyə təşviq edir. Eyni zamanda şəriət məsələlərinə də riayət edir.

HIJUP "Hicab Up" sözünün kiçildilmişidir ki, (Hicab geyin) deməkdir. Bu startap, özünü dünyada İslam modası e-ticarəti sahəsində ilk şirkət hesab edir. "HIJUP" 2011-ci ildə təsis edilib.

İndoneziyada

İndoneziyada

4006096

Teqlər: indoneziya ، hicab ، quran ، müsəlman ، İslam ، məscid ، HIJUP
captcha