IQNA

İndoneziyada kriptovalyutaların istifadəsi qadağan edilib

14:56 - November 13, 2021
Xəbər sayı: 3491186
İndoneziya Üləmalar Şurası kriptovalyutaların ölkədə istifadəsini qadağan edib

kriptovalyutaİQNA, "Bitcoin"-ə istinadən xəbər verir ki, İndoneziya Üləmalar Şurasının dini hökmlər şöbəsinin rəhbəri Asrorun Niam Şolənin sözlərinə görə, bu şura ekspert iclasından sonra elan edib: "Kriptovalyutalarda "qeyri-müəyyənlik, mərc və zərər" elementləri var.

Bununla belə, o vurğulayıb ki, bitkoin və digər oxşar kriptovalyutalar şəriət prinsiplərinə əməl edib öz faydalılığını göstərə bilirsə, o zaman onları rəqəmsal əmlak və ya əmtəə kimi alqı-satqı edilə bilər.

İndoneziya Üləma Şurasının rəyi, hüquqi qüvvəyə malik deyil və İndoneziyada rəqəmsal valyutaya qadağa demək deyil. Bununla belə, şuranın qərarı, müsəlmanları sərmayə qoymaqdan, yerli qurumları isə kriptovalyuta xidmətlərini verməkdən və ya təqdim etməkdən çəkindirə bilər.

İndoneziya Üləma Şurası (MUİ) İndoneziyanın ali İslam orqanıdır. Üləmalar Şurası İslam maliyyəsi ilə bağlı məsələlərdə Maliyyə Nazirliyinə və Mərkəzi Banka məsləhətlər verir.

4012482

captcha