Az.shafaqna.com “Middle East Monitor”-a istinadən xəbər verir ki, Qüds şəhərindəki yunan pravoslav kilsəsinin başçısı Atalla Hanna fələstinlilərin İslam dininin əsas müqəddəs məkanlarının İsrail təcavüzündən qorunması işindəki fədakarlıqlarını yüksək qiymətləndirib.
Baş keşiş “sionist işğalı” ilə mübarizə aparan fələstinliləri “qəhrəman” adlandırıb və xristianların adından müsəlmanlarla həmrəyliyini bildirib.
“Əl-Əqsa məscidi və onun ətrafına ekskursiya zamanı biz təslim olmaqla razılaşmayan qaliblərlə görüşdük”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, “qəhrəmanlar İsrail işğalı, müstəmləkəçiliyi, zülmü və diktaturasına qarşı çıxaraq öz ümmətlərini qoruyurlar”.