IQNA

Mədinə beynəlxalq muzeyi fəaliyyətə başladı - Video

23:44 - February 09, 2021
Xəbər sayı: 3489237
Tehran (IQNA) -  Mədinə şəhərində İslam mədəniyyəti, incəsənəti və sivilizasiyasını tanıtdıran və İslam Peyğəmbərinin (s) həyatından bəhs edən beynəlxalq muzeyin açılış mərasimi keçirilib.

Tehran (IQNA) -  Mədinə şəhərində İslam mədəniyyəti, incəsənəti və sivilizasiyasını tanıtdıran və İslam Peyğəmbərinin (s) həyatından bəhs edən beynəlxalq muzeyin açılış mərasimi keçirilib.

Həzrət İslam Peyğəmbərinin (s) sirəsini və həyat tərzini göstərən eksponantları ehtiva edən muzeyin açılış mərasimində Səudiyyə Ərəbistanın dövlət rəsmiləri iştirak ediblər.

Muzey ötən həftənin Cümə Axşamı günü, 4 Fevral 2021-ci ildə fəaliyyətə başlayıb.

Açılış mərasimində iştirak edən Şahzadə Feysəl bin Salman (Mədinə şəhərinin meri və şəhərin genişləndirilməsi idarəsinin rəisi muzeyin hədəfləri barədə danışaraq deyib: Bu muzey Ərəbistanın mədəniyyət nümunələrini dünyaya tanıtdıracaq, mədəni turizm əlaqələrini gücləndirəcək və Ərəbistanın 2030-cu il üçün nəzərdə tutduğu qabaqcıl texnologiya perspektivinə kömək edəcək.

Muzeyin fəaliyyətinə İslam Dünyası Birliyi (MWL) nəzarət edəcək. Bu daimi sərgi muzeyi İDB-nin nəzarəti altında fəaliyyət göstərək ilk muzeydir.

Sərgidə ziyarətçilərə Ərəb, İngilis, İspan, Urdu, Fransız, Türk və İndoneziya dillərində maarifləndirici xidmətlər göstərirlir. /3952422

موزه بین‌المللی مدینه؛ آیینه سیره نبوی + فیلم

موزه بین‌المللی مدینه؛ آیینه سیره نبوی + فیلم

موزه بین‌المللی مدینه؛ آیینه سیره نبوی + فیلم

 

captcha