IQNA

Cənubi Kiprdə tarixi məscid yandırıldı

22:00 - February 22, 2016
Xəbər sayı: 3480212
Tehran, 22.02.2016 – Dünən, Fevral ayının 21-də Cənubi Kiprin “Dinya” rayonunda tarixi məscid anonim şəxslər tərəfindən yandırıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-bəvvabə” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Fevral ayının 21-də Cənubi Kiprin "Dinya” rayonunda tarixi məscid anonim şəxslər tərəfindən yandırıldı.

Şimali Kiprin (türkiyəlilər məskundur) başkanı Mustafa Akınçı bəyaniyyə yayaraq öz Rumlu həmkarı Nikos Anastasiadisə (Cənubi Kiprin – yunanlılar məskundur - prezidenti) bu hadisədən narahat olduğunu bildirərək vurğuladı: Bu hadisənin amillərini axtarıb tapıb həbs etmək zəruridir və bu iş söz həddində qalmamalıdır.

Mustafa Akınçı - Şimali Kiprin başkanı, bu hadisəni məhkum edərək əlavə edib: Bu məscid 2013-cü ildə də hücuma məruz qalmışdır. Bu yöndə Mədəni İrs Komitəsi bu məscidin təmirni üzərində götürdü və məscid 2014-cü ildə tam təmir edildi. İndi görürük ki, bu tarixi məscid dünən yenə də hücuma məruz qalmışdır.

Şimali Kiprin prezidenti də bu hadisəni məhkum edərək dedi: Bu hadisəni kimlərin nə üçün törətdiyini nəzərə almadan belə bu hadisə ölkənin vəhdət və asayişinə zərbə vurur. Buna görə də cinayətkarların tutulması üçün lazımlı göstərişlər verilmişdir.

http://iqna.ir/fa/news/3477439


Teqlər: kipr ، türkiyə ، yunan ، məscid
captcha