IQNA

Seyid Həsən Nəsrullah:

İsrail rejimi və Ərəbistanın Suriyadakı hədəfləri uğursuzluğa düçar olub

14:35 - February 17, 2016
Xəbər sayı: 3480192
Tehran, 17.02.2016 - Livan Hizbullahının baş katibi deyib ki, Türkiyə və Ərəbistanın Suriyadakı fitnələri uğursuz qalıb və dalana dirənibdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm” peyk Tv kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, Seyid Həsən Nəsrullah İmad Muğniyyə, Abbas Musəvi və Şeyx Rağib Hərb kimi müqavimət rəhbərlərinin şəhadətlərinin anımı münasibətilə belə qeyd edib: Suriyanın küdurətli düşmənləri özlərini regionda müharibə salmağa hazırlayıblar, lakin bu ölkə böhranının siyasi həlli üçün addım atmırlar.

Nəsrullah əlavə edib: Ardıcıll məğlubiyyətlər Ərəbistanla Türkiyəni ona vadar edibdir ki, beynəlxalq koalisiya bayrağı altında İŞİD-lə mübarizə bəhanəsilə bu ölkəyə quru qoşunları göndərmək fikrinə düşsünlər.

Livan Hizbullahının baş katibi əlavə edib: Biz heç bir düşmənə Suriyanı ələ keçirmək və işğal etmək icazəsi verməyəcəyik və İsrail rejiminə də öz röyalarına nail olmaq icazəsi verməyəcəyik.

Seyid Həsən Nəsrullah belə qeyd edib: Suriyaya hücumda İsrail rejiminin əli var, lakin indiyədək məğlub olubdur, zira hədəfi, Dəməşq hökumətini devirmək və ya Suriyanı parçalamaq idi ki, ona nail olmadı.

O, deyib: İsrail rejimi Suriya prezidenti Bəşşar Əsədin hökumətinin davam etməsi və bu ölkənin milli barışıq proqramını özü üçün bir xətər bilir.

Seyid Həsən Nəsrullah söyləyib: İsrail rejiminin Ərəbistan və Türkiyə ilə əlaqəsi var və bu iki ölkə ilə Bəşşar Əsəd hökumətinin devrilməsi barədə razılığa çatıbdır.

Livan Hizbullahının baş katibi əlavə edib: Əlqaidənin Suriyadakı qolları olan İŞİD və Cibhətunnusrə də bu ölkənin ələ keçirilməsi röyası və cahil bir hökumətin yaradılmasının reallaşmasında nakam qalıblar.

http://iqna.ir/fa/news/3476296


captcha