ABŞ-da yaşayan 10 yaşlı müsəlman qız “Google Doodles”in təşkil etdiyi rəsm yarışmasının qalibi olub.
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın Miçiqan İslam Akademiyasının şagirdi olan Liyana Sidiq adlı 10 yaşlı qız “Google Doodles” tərəfindən “böyüyəndə nə olmaq istəyirsən” mövzusunda keçirilən rəsm yarışmasının qalibi olub.
L.Sidiq öz rəsm əsərində Marsda müsəlman qadın astronavtını canlandırıb.
“Google” şirkəti tərəfindən müxtəlif yaş qrupları arasında təşkil olunan rəsm yarışının 1, 2,3,4 və 5-ci yerlərin qaliblərinə 5 min avro dəyərində təqaüd ayırılacaq. Qaliblər üçün Google şirkətinin Kaliforniya ofisinə ekskursiya təşkil ediləcək.