IQNA

Berlinin İslam Mərkəzində Quranla üns məclisi

16:50 - May 27, 2018
Xəbər sayı: 3483230
Almaniyanın paytaxtı Berlinin İslam Mərkəzində mübarək Ramazan ayının ilk günlərindən oruc tutanlar üçün müxtəlif proqramlar icra edilir ki, bunlardan biri də hər gün "cüz" oxumaqdır.

Berlinin İslam Mərkəzində Quranla üns məclisiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın paytaxtı Berlinin İslam Mərkəzində mübarək Ramazan ayının ilk günlərindən oruc tutanlar üçün müxtəlif proqramlar icra edilir ki, bunlardan biri də hər gün "cüz" oxumaqdır.

Berlinin İslam Mərkəzində mübarək Ramazan ayının ilk günündən namazqılanların və oruc tutanların iştirakı ilə Qurani-Kərimin "cüz" oxuma (Qurani-Kərimin hər 10 vərəqi bir "cüz" adlanır) mərasimi keçirilir.

Qurani-Kərimlə üns və "cüz" oxumaq məclislərində cavan və yeniyetmə müsəlmanlar daha çox iştirak edirlər.

Berlinin İslam Mərkəzi mübarək Ramazan ayının gecələrində iftar məclisləri də təşkil edir. Bu səmimi məclislərdə mömin və oruc tutan cavanlar bir yerə toplaşırlar.

Bundan əlavə möminlər və tələbələr İslam Mərkəzinin müdiri ilə görüş və səmimi söhbətlər edirlər. Həmçinin İran İslam Respublikasının beynəlxalq qarisi Əbdülvəhid Cəfərzadə Quran təlimi kursları təşkil edir.

http://iqna.ir/fa/news/3718094  

 

 

captcha