IQNA

İsmayıl Həniyyənin övladlarının sionist bombardmanında şəhid olmasına münasibəti

6:52 - April 11, 2024
Xəbər sayı: 3495775
İQNA - HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə 3 övladının və bəzi nəvələrinin Qəzzada sionist bombardmanında şəhid olmasına cavab olaraq deyib: "Oğullarımın qanı Qəzzə şəhidlərinin qanından rəngarəng deyil, çünki onların hamısı mənim övladlarımdır".

"İQNA", "Əl-Aləm"-ə istinadən xəbər verir ki, İsmayıl Həniyyə "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib: "Allaha bizə bu şərəfi bəxş etdiyi üçün şükür edirəm ki, üç oğlum və bir neçə nəvəm şəhid olub".

O əlavə etdi: "Biz bu ağrı və iztirab və tökülən qanla xalqımız, amalımız və millətimiz üçün ümid, gələcək və azadlıq yaradırıq".

Həniyyə dedi: "Şəhid övladlarım aqibəti xeyirli olmaq medalını qazandılar. Onlar Qəzza zolağında xalqımızla birlikdə qaldılar və bu zolağı tərk etmədilər. Qəzzadakı bütün xalqımız öz övladlarının qanı ilə ağır bədəl ödədi və mən də onlardan biriyəm".

HƏMAS-ın siyasi bürosunun rəhbəri əlavə edib: "Ailəmin 60-a yaxın üzvü bütün Fələstin xalqı kimi şəhid olub və onların arasında heç bir fərq yoxdur".

O, sözünə belə davam etdi: "Düşmən heç vaxt öz məqsədlərinə nail ola bilməyəcək və müqavimət qalası yıxılmayacaq. Biz heç vaxt özümüzə şübhə etməyəcəyik və məğlubiyyətə uğramayacağıq. Həmçinin Qüdsün və Məscidül-Əqsanın azad edilməsi yolunda davam edəcəyik".

Həniyyə vurğuladı: "Övladlarımın qanı Qəzzə şəhidlərinin qanından rəngarəng deyil. Çünki onlar hamısı mənim övladlarımdır. Oğullarımın qanı Qüds və Əqsanın azadlığı üçün fəda olsun. Əgər düşmən fikirləşir ki, oğullarımı öldürməklə mövqelərimiz dəyişəcək, aldanır. Düşmən liderlərin övladlarını hədəfə almaqla xalqımızın iradəsini qıra biləcəyini düşünür".

HƏMAS-ın siyasi bürosunun rəhbəri bəyan edib: "Biz düşmənə deyirik ki, bu qanlar bizim prinsiplərimizə və torpaqlarımıza bağlılığımızı artırır. Düşmən qətl, dağıntı və qırğınla əldə edə bilmədiyi şeyə heç vaxt danışıqlarda nail olmayacaq".

O əlavə edib: "Sionist düşmənin Rəfaha hücum təhdidləri heç vaxt xalqımızı və müqavimətimizi qorxutmayacaq. Biz sionist düşmənin bac istəməsinə təslim olmayacağıq və nəyin bahasına olursa-olsun mövqelərimizdən kənara çıxmayacağıq".

Qeyd edək ki, HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyənin övladlarından 3-ü bəzi nəvələri ilə birlikdə işğalçı rejimin Qəzzaya hücumlarında şəhid olub.

İşğalçıların Əl-Şati düşərgəsində onların avtomobilinə hücumu nəticəsində İsmayıl Həniyyənin oğulları Hazim, Əmir və Məhəmməd və nəvələrindən Amal, Xalid və Rəzzan şəhid olublar.

4209887

captcha