Verilən xəbərə görə, 11 yaşlı Quran hafizi Salih Mehdizadə müqəddəs Ramazan ayında İran televiziyasının üçüncü kanalında yayımlanan "Məhfil" proqramında oxuduğu qiraətlə bütün tamaşaçıları heyran edib.
İranın Rəşt şəhərindən olan Mehdizadə 6 yaşında Quranı əzbərləməyə başlayıb və 9 yaşında Quranı bütünlüklə əzbərləməyi bacarıb. Eynilə, Mustafa İsmayıl və Rağib Mustafa Qəlvəş kimi qarilərin qiraətlərini təqlid edə bilib.
Gənc qari və hafiz Məhəmməd Salih Mehdizadə "İnfitar" və "Təkvir" surələrindən ayələri gözəl oxudu.
4209129