IQNA

Əl-Əzhər müşahidəçisi Quranda qəribə şübhələrə cavab verib

4:59 - April 09, 2024
Xəbər sayı: 3495761
İQNA - Misir Əl-Əzhər Müşahidəçisi "Tövbə" surəsinin nazil olması ilə bağlı qəribə şübhə və şayiələrə cavab verib.

"İQNA", "Qahirə 24" saytına istinadən xəbər verir ki, Əl-Əzhər Ekstremizm İzləmə Təşkilatının icraçı direktoru Dr. Rəhman Abdullah Qurani-Kərimin “Tövbə” surəsinin nə üçün nazil olması ilə bağlı şübhələri cavablandırıb.

Rəhman Abdullah cümə günü, aprelin 5-də televiziyaya verdiyi müsahibədə Qurani-Kərimdə ən təhlükəli surə və ya ayə deyilən bir şeyin olmadığını, Quranın bəşəriyyəti hidayət etmək üçün göndərildiyini bildirib.

Rəhman Abdullah sözünə belə davam etdi: "Qurandan insanları qorxutmaq üçün bəzi şübhələr və şayiələr irəli sürülür. Bu şayiələrdən biri də budur ki, “Tövbə” surəsi Təbuk döyüşündən sonra təhlükəli bir mühitdə və rumlular Məhəmməd peyğəmbərin (s) hökumətini devirmək üçün çox böyük bir ordunu təchiz edərkən nazil olmuşdur. Xalq bir olmaq əvəzinə ikiüzlü, riyakarlıq etdi. Bəzi ərəb qəbilələri vətənlərini müdafiə etmək əvəzinə Peyğəmbərimizlə (s) əhdi pozdular. Bunun üzərinə “Tövbə” surəsi nazil oldu.

Bu surə Peyğəmbərimizlə (s) müharibədə iştirak edə bilməyənlərin üzrləri haqqında nazil olmuşdur. Bəs bu surənin təhlükəsi haradadır?

4208934

captcha