IQNA

İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin yeni il mesajı

16:41 - March 20, 2024
Xəbər sayı: 3495664
İQNA – İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəmsi 1403-cü ili "Xalqın iştirakı ilə istehsalda sıçrayış" ili adlandırıb.

İnqilabın Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei yeni il münasibəti ilə dərc etdiyi mesajda İran xalqını yeni il bayramı münasibətilə təbrik edib. Ötən ilin enişli-yoxuşlu il olduğunu bildirən Ayətullah Xamenei 1402-ci ildə (2023) ölkədə əldə olunan irəliləyişlərə toxunub: “Elmi və texnoloji tərəqqi, infrastruktur sahəsində istehsal, xalqın "Qüds Günü və "İslam İnqilabının Zəfər ildönümü" tədbirlərində və seçkilərdə genişmiqyaslı iştirakı.

Xalqın iqtisadi və dolanışıq problemlərinin ötən ilin ağrılı hadisələrindən biri olduğunu bildirən Həzrət Ayətullah Xamenei, Şəhid Süleymaninin şəhadətinin ildönümündə Kirmanda törədilən terror aktı və Sistan-Bəlucistanda baş verən sel daşqınının keçən ilin digər ağrılı hadisələri olduğunu bildirib. Həmçinin ən önəmlisi mühüm beynəlxalq məsələlərdən biri olan Qəzza hadisələrinə toxunub.

Yeni ildə ölkənin əsas məsələsinin iqtisadi problemlər olduğunu bildirən İslam İnqilabının Ali Məqamlı Rəhbəri,  deyib ki, mütəxəssislərimiz iqtisadi problemlərin həllinin milli istehsaldan keçdiyi qənaətindədirlər. Bu səbəbdən də son illər istehsala önəm verilir. İstehsal artarsa ​​və milli istehsalda irəliləyiş olarsa, inflyasiya, məşğulluq, milli valyutanın dəyəri kimi bir çox mühüm iqtisadi problemlər həllini tapacaq.

İstehsal məsələsinin mühüm məsələ olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei yeni ildə əsas diqqətin istehsala veriləcəyini bildirərək, hicri 1403-cü ili "Xalqın iştirakı ilə istehsalda sıçrayış" ili adlandırıb.

İRNA

captcha