IQNA

Quranda Ramazan / 1

Quranda "Ramazan" ayı

16:30 - March 20, 2024
Xəbər sayı: 3495663
İQNA - Ramazan sözü Quranda bir dəfə, yəni Bəqərə surəsinin 185-ci ayəsində işlənmişdir və Allah onu Quranın vəsf etmişdir. O cümlədən Quranın onda nazil olduğunu buyurmuşdur.

Ramazan sözü Quranda bir dəfə "Bəqərə" surəsinin 158-ci ayəsində gəlib: "Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır. Xəstə, yaxud səfərdə olan kəs isə başqa günlərdə bir neçə gün (oruc tutmadığı günlərin sayı qədər oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Həmçinin (istəyir ki,) müəyyən olunmuş miqdarı (otuz günü) tamamlayasınız və sizi hidayət etməsinin şükrü olaraq "təkbir" deyərək Allahı əzəmətli sayasınız, bəlkə (Onun) şükrünü yerinə yetirə bildiniz".

“Bəqərə” surəsinin 185-ci ayəsinə əsasən, Ramazan ayı Quranın nazil olduğu aydır və bu ay gəlib çatdıqda, həddi-büluğa çatmış hər kəsə oruc vacib olur. Quranın Ramazan ayında necə nazil olması ilə bağlı fikir ayrılığı var. Bəziləri Quranın bu ayda nazil olmasını Beytul-Məmurda və ya dünya səmasında Qədr gecəsində bir dəfəlik və sonradan tədricən Peyğəmbərə (s) nazil olduğunu bildirmişlər. Başqa bir fikrə görə, Quranın nazil olmasının başlanğıcı Qədr gecəsində Ramazan ayından olmuşdur. Çünki Bəqərə surəsinin 185-ci ayəsinə əsasən bu ayda bütün təklif yaşına çatanlar oruc tutmalıdır.

Ramazan sözü Quranda bir dəfə işlənsə də, bir neçə ayədə bu ayın orucu haqqında - bu ayın adı çəkilmədən bəhs olunur. Məsələn, Allah "Bəqərə" surəsinin 183-cü ayəsində buyurmuşdur: "Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz".

Daha sonra ayədə "Bəqərə" surəsinin 184-cü ayədə buyurur: "Bir neçə gün! Odur ki, sizdən kim xəstə yaxud səfərdə olsa, bir neçə gün (tutmadığı günlərin sayı qədər) digər günlərdə (oruc tutsun). Və oruc tutmağın taqətsizləşdirdiyi kəslər (qocalar, azyaşlılar və ağır xəstələr oruc tutmaya bilərlər və onlar) üçün (oruc tutmadığı hər günün müqabilində) bir yoxsula (bir «mudd», yəni yeddi yüz əlli qram) yemək vermək onun kəffarə və əvəzidir. Kim xeyirə artırsa (və iki mudd versə) onun üçün daha yaxşıdır. Oruc tutmaq (çətin və məşəqqətli olsa da), sizin üçün daha yaxşıdır, əgər bilsəniz!".

captcha