IQNA

Tanzaniyada Milli Quran müsabiqəsinin finalı

5:22 - March 20, 2024
Xəbər sayı: 3495661
İQNA – Tanzaniyanın Darus-Salam şəhərində 24-cü Quran hifzi müsabiqəsinin finalı baş tutub.

İranın Tanzaniyadakı mədəniyyət attaşesinin xəbərinə görə, müsabiqənin finalı bazar günü, martın 17-də keçirilib. Bir çox özəl qurumun iştirakı ilə təşkil edilən yarışmada Tanzaniyanın müxtəlif bölgələrindən olan kişi və qadın yarışmacılar yarışıb.

Bu müsabiqə müxtəlif din və siyasi xadimlərin iştirakı ilə keçirilib.

Yekunda kişilər kateqoriyasında Əmir Mulid Dondo, qadınlar kateqoriyasında isə Sümyyə Həsən Süleyman qalib seçilib.

İki qalibə ev və min iki yüz dollara bərabər olan üç milyon Tanzaniya şillinqi hədiyyə edilib.

Dövlət başçısı adından müsabiqədə Tanzaniyanın səhiyyə naziri iştirak edib və onun salamlarını çatdırıb. Həmçinin elan etdi ki, prezident seçilmiş şəxslərə 10 milyon şillinq (4 min dollar), otuz yüz əzbərləyən digər tələbələrə isə beş milyon şillinq (iki min dollar) pul mükafatı verəcək.

4206111

captcha