IQNA

Kufə Universitetində Quran sərgisi açılıb

6:00 - February 24, 2024
Xəbər sayı: 3495514
İQNA – İraqın Kufə Universitetində ikinci illik Qurani-Kərim sərgisi açılıb.

"İQNA", "Əl-Kufeyl" saytına istinadən xəbər verir ki, bu sərgi Həzrət Abbasın (ə) türbəsinin Quran Elmi Kompleksinə bağlı Nəcəf Qurani-Kərim İnstitutunun nəzarəti və Kufə Universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilir.

İnstitutun direktoru Muhnad əl Məyalinin sözlərinə görə, sərgi fevralın 18-də açılıb və fevralın 27-də başa çatacaq.

Sərgidə bir çox Quran, mədəni, intellektual və dini fəaliyyətlər yer alır. Sərgi fəaliyyətlərinə dini və psixoloji məsləhətlərin verilməsi, şəriət məsələlərinin cavablandırılması, həmçinin Qurani-Kərimin düzgün oxunması daxildir.

Nəcəf Quran İnstitutunun direktoru bildirib ki, sərginin keçirilməsində məqsəd tələbələri Quran oxumağa təşviq etmək, Quranın elmi möcüzələrindən bəhs edən filmlər nümayiş etdirmək, Quran mədəniyyətini tanıtmaq və tələbələrin bilik səviyyəsini artırmaqdır.

4201263

captcha