IQNA

Quran sərgisində "Qərbdə müasir Quranşünaslıq imkanlarının və effektivliyinin qiymətləndirilməsi" toplantısı

16:35 - April 13, 2023
Xəbər sayı: 3494012
Aprelin 12-də Tehranın məscidində 30-cu Beynəlxalq Quran Sərgisinin beynəlxalq bölməsində “Qərbdə müasir Quranşünaslıq imkanlarının və effektivliyinin qiymətləndirilməsi” adlı iclas keçirilib.

"İQNA", xəbər verir ki, bu toplantı saat 20:00-dan 22:00-a kimi Quran sərgisinin beynəlxalq bölməsinin ixtisaslaşmış iclas zalında keçirilib. İslam Mədəniyyəti və Rabitə Təşkilatının Beynəlxalq Təbliğat Baş İdarəsinin Quran eksperti Seyid Həsən İsmətinin tilavəti ilə başlayıb.

İclasın elmi katibi Pərisa Əsgər Semnani olub. Tehran Tibb Elmləri Universitetinin ustadı Mahmud Mütəhhərinia, Dinlər və Məzhəblər Universitetinin elmi heyətinin üzvü və universitetin məsul müavini Mustafa Cəfər Təyyari və Şahid Universitetin elmi heyətinin üzvü Əli Həsəniniya iclasda çıxış ediblər.

Qeyd edək ki, 30-cu Beynəlxalq Qurani-Kərim sərgisi aprel ayının 1-də Tehran məscidində başlayıb və aprel ayının 15-də saat 17:00-dan 24:00-dək maraqlananlar üçün açıq olacaq. Sərginin Qədr gecələrində iş saatları da 17-dən 21-ə kimi olacağı açıqlanıb.

Sərginin beynəlxalq hissəsi aprelin 14-də başa çatır.

4133596

captcha