IQNA

Quran Sərgisində “Mədəni əlaqələrin möhkəmləndirilməsində Quran təliminin rolu” adlı toplantı keçirilib

12:09 - April 06, 2023
Xəbər sayı: 3493971
“Qurani-Kərimin öyrədilməsi mədəni-beynəlxalq əlaqələrin möhkəmləndirilməsinin təsirli yolu kimi” adlı məclisi aprelin 5-də Tehran məscidində 30-cu Beynəlxalq Qurani-Kərim sərgisinin beynəlxalq bölməsində keçirilib.

"İQNA", xəbər verir ki, bu toplantı aprelin 5-də axşam saat 20:00-dan 22:00-a qədər Tehran məscidində 30-cu Beynəlxalq Qurani-Kərim sərgisinin beynəlxalq bölməsində keçirilib. İranlı və seneqallı mütəxəssislər iclasın mövzusu ilə bağlı çıxışlar ediblər.

Bu məclis hindistanlı Seyid Baqir İlya Rəzəvinin qiraəti ilə başlayıb. İclasın elmi katibi İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının Quran işləri üzrə eksperti  Seyyid Həsən İsməti olub.

Qiraət Elmləri və Texnikaları Departamentinin direktoru və Əl-Mustafa Universitetinin (s) elmi heyətinin üzvü Höccətül-İslam Əmini Tehrani, Mədəniyyət və İslami İrşad Nazirliyinin Quran və İtrət müavinliyinin qadın müşaviri Mojqan Xan Baba və Seneqaldan Quran və idarəetmə elmləri üzrə doktorant Saado Amadou Gayə bu toplantıda çıxış ediblər.

4131731

captcha