"İQNA", xəbər verir ki, bu mərasim 13 yanvar 2023-cü il, cümə günü Edmontondakı İmam Hüseyn (ə) İslam Mərkəzində keçiriləcək. Əhli-Beytin (ə) sevənləri və aşiqləri orada iştirak edəcəklər.
Mərasim Quranın "Ər-Rəhman" surəsinin qiraət edilməsi ilə yerli vaxtla saat 19:00-da başlayacaq.
Qeyd edək ki, cümə günü Cəmadius-Sani ayının 20-si Həzrət Zəhranın (s) mövludu və Analar Günüdür. Bu münasibətlə müxtəlif ölkələrdə şiələr və o həzrəti sevənlər tərəfindən müxtəlif şənliklər keçirilir.
4113896