IQNA

Görmə məhdudiyyətli xanım Quran öyrədir

20:03 - September 04, 2022
Xəbər sayı: 3492864
Görmə məhdudiyyətli Hülya Tonbul Quran-Kərim müəlliməsidir. Onun müəllimi də özü kimi görmə məhdudiyyətli biri olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, o, gözləri görən tələbələrə Brayl şrifti ilə Quran-Kərimi oxumağı öyrədir.

Bundan başqa, 30 yaşlı Hülya xanım həm də Quran hafizidir – o, bu məqama 21 yaşında ikən nail olub.

Onun müəllimi də özü kimi görmə məhdudiyyətli biri olub.

Hülya xanım deyib ki, müqəddəs kitabın əzbərlənməsi çətin olub.

O, özü kimi hafizlər yetişdirməkdədir.

“Mənim şagirdlərimdən ikisi artıq Quranın əzbərlənməsini başa çatdırıb. Mənim şagirdlərin mənim kimi görmə məhdudiyyətli deyillər, onlar görə bilirlər. Lakin Quranı Brayl şrifti ilə öyrənən tələbələr görmə qabiliyyəti məhdud olan şəxsləri öyrətmək imkanı əldə edirlər, həmçinin öz yaddaşlarını da məşq etdirirlər“, – deyə o əlavə edib.

captcha