IQNA

Beynəlxalq Quran Yarışmasının ilk gecəsində 10 iştirakçı yarışıb

12:06 - March 02, 2022
Xəbər sayı: 3491840
İran İslam Cümhuriyyətinin 38-ci Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsinin ilk gecəsində 10 iranlı və xarici iştirakçının lentə alınmış qiraətləri yayımlanıb.

"İQNA", xəbər verir ki, fevralın 28-dən martın 5-nə kimi keçiriləcək İran İslam Cümhuriyyətinin 38-ci Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsinin ilk gecəsi fevralın 28-də, Tehran İncəsənət Mərkəzində Məhəmməd Hadi Sülhcunun qiraəti ilə başlayıb.

İran İslam Cümhuriyyətinin Beynəlxalq Quran Müsabiqəsinin ilk gecəsində 10 iştirakçının öncədən lentə alınmış qiraətləri yayımlanıb. Münsiflər heyəti də orada iştirak edib. Bu yarışlar Quran Şəbəkəsi və Maarif TV və Quran Radiosundan canlı yayımlanıb.

On iştirakçının qeydə alınmış çıxışları püşkatma yolu ilə səslənmək üçün seçilmişdir.

İlk iştirakçı müsabiqənin qiraət kateqoriyasında mübarizə aparan almaniyalı Əli Taha Lətifi olub. Hamburqda yaşayan 12 yaşlı gənc həm də Quranın beş Cüzinin hafizidir.

İkinci iştirakçı isə bütün Quranı əzbərləmək sahəsində və böyüklər bölməsində Əfqanıstandan olan Əbdül-Xaliq İbrahimi olub. Onun 29 yaşı var və Quran müəllimidir.

Virtual olaraq keçirilən tədbirin bu mərhələsində 29 ölkədən ümumilikdə 62 qari və hafiz yarışır.

Eyni zamanda, virtual olaraq gözdən əlillər üçün 5-ci beynəlxalq Quran müsabiqəsi, məktəblilər arasında 7-ci beynəlxalq Quran müsabiqəsi və qadınlar arasında beynəlxalq Quran müsabiqəsi də keçirilir.

İştirakçılar artıq öz çıxışlarını qeydə alıblar və münsiflər heyəti finalın dörd günündə onları qiymətləndirir.

Qaliblər şənbə günü bağlanış mərasimində elan olunacaq.

4039726

Teqlər: quran ، beynəlxalq ، yarış ، müsabiqə ، final
captcha