"İQNA", "Qaf" xəbər agentliyinə istinadən xəbər verir ki, Ərbəin ziyarətinin Quran layihəsinin iştirakçılarına təşəkkür üçün keçirilən mərasimdə, müxtəlif böyük şəxsiyyətlər iştirak edib.
Bu mərasim Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra Quran Dərnəkləri və Toplantıları Birliyinin baş katibi əd-Dəriinin çıxışı olub. Bundan sonra Bəsrə və Kərkük şəhərlərinin bir neçə tanınmış iraqlı qariləri Qurani-Kərimdən ayələr oxuyublar.
Mərasimin sonunda Quran dərnəkləri və bu Quran layihəsində iştirak edən əyalətlər, o cümlədən Bəsrə, Meysan, Əl-Musənna, Diyalə, Kərkük və Səlahəddin vilayətlərinə təşəkkür edilərək hədiyyələr verilib.