İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Deyerler.org-a istinadla xəbər verir ki, müqəddəs ziyarətgaha bağlı “İmamhussain” saytı bu gün Şeyx Əbdül Mehdi Əl-Kərbəlayinin imamlığı ilə il yarımlıq fasilədən sonra qılınan ilk camaat namazından görüntüləri paylaşıb.
Qeyd edək ki, dünən İmam Hüseynin (ə) pak hərəminin qəyyumunun ofisi məlumat paylaşmışdı: “Mömin kişilərə və qadınlara bildiririk ki, sabahdan etibarən, hicri 1443 ili rəbiyəl-əvvəl ayının 5-dən etibarən İmam Hüseynin (ə) hərəmində camaat namazının qılınması bərpa olunur”.
Həmçinin qeyd edilmişdi ki, Ayətullah Seyid Əli Sistaninin nümayəndəsi Şeyx Əbdül Mehdi Əl-Kərbəlayi sosial məsafəyə riayət olunaraq, müqəddəs hərəmdə qılınacaq camaat namazına pişnamazlıq edəcək.
İmam Hüseynin (ə) Müqəddəs Türbəsinin rəsmisi vurğulayıb ki, cümə namazını İmam Hüseynin (ə) hərəmində keçirmək hələ də qadağandır.