IQNA

Mançester yaxınlığında yeni məscid tikiləcək

7:05 - November 07, 2020
Xəbər sayı: 3488566
Tehran (IQNA) – İngiltərənin Mançester şəhərinin yaxınlığındakı Bolton rayonunda köhnə hotelin yerində yerli şəhər şurasının qərarına əsasən yeni məscid tikiləcək.

İngiltərənin Mançester şəhərinin yaxınlığındakı Bolton rayonunda köhnə hotelin yerində yerli şəhər şurasının qərarına əsasən yeni məscid tikiləcək.

Bu barədə Salam məscidinin qəyyumlar (mütəvəlli) şurası və Salam İslam Mədrəsəsinin idarə heyəti məlumat verib.

Məlumata görə, bu məscidin binası "Balkburn çayı" prospektindəki yeni binaya köçürüləcək.

Buna səbəb isə köhnə binada namazqılanlar üçün fəzanın azlığı və həmçinin dini təlimlərin keçirilməsi üçün yer çatışmamazlığıdır.  

Məscidin köçürülməsi və yeni binanın hazırlanması xərcləri 3.5 milyon pond edəcək.

Yeni binada məscid, toplantı zalı, dərs otaqları, uşaq baçğaçsı və xanımlar üçün namaz otağı olacaq.

Qeyd edək ki, Bolton şəhərinin 150 minlik cəmiyyətinin 7 faizini müsəlmanlar təşkil edir. /3933383

captcha