IQNA

İmam Hüseyn (ə) hərəminin təşkil etdiyi yarışda 8 ölkə iştirak edir

6:17 - November 07, 2020
Xəbər sayı: 3488564
Tehran (IQNA)  - Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin Darul-Quran idarəsinin təşəbbüsü ilə "Məhdəviyyət" inancı mövzusunda "əl-Maul-Məin" (axar su) adlı yarış keçiriləcək.

Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin Darul-Quran idarəsinin təşəbbüsü ilə "Məhdəviyyət" inancı mövzusunda "əl-Maul-Məin" (axar su) adlı yarış keçiriləcək.

İmam Mehdinin (ə) ad və ləqəbləri ilə bağlı sual və cavab formatında keçirilən bu virtual yarışda dünyanın 8 ölkəsindən, o cümlədən İran, İraq, Suriya, Bəhreyn, Ərəbistan, Livan, Qətər və BƏƏ-dən  373 nəfər iştirak edəcək.

Yarışın sualları İmam Mehdinin (ə) həyat və sirəsini danışan rəvayət və hədislər əsasında hazırlanıb.

Sulların mənbəsi Kərbəlanın xanımlar üçün "Bəsair Quran Müəssisəsi"nin İmam Mehdi (ə.f) barədə hədislər toplusu kitabıdır.

Bu kitab beş hissədən ibarətdir: "Fərəcin intizarının fəziləti", "İmam Mehdinin (ə.f) adları, ləqəbləri və xüsusiyyətləri", "İmam Zaman (ə.f) barədə rəvayət edilən dastanlar", "Qiyamət gününə aid rəvayətlər" və "İmamın (ə.f) hüzurda olduğu zaman barədə danışlan rəvayətlər".

Qeyd edək ki, "əl-Maun Məin" Həzrət İmam Mehdinin (ə.f) ləqəblərindəndir. Mənası yerin üzündə axan su deməkdir. Allah-Taala Mülk surəsinin 30-cu ayəsində buyurur:  

«قُلْ أَرَأَيْتُمْ إِنْ أَصْبَحَ مَاؤُكُمْ غَوْرًا فَمَنْ يَأْتِيكُمْ بِمَاءٍ مَعِينٍ»

"De: Mənə deyin görüm, əgər sizin içməli suyunuz yerin dərinliyinə çəkilərsə (yoxsa çıxarsa), kim sizin üçün axar su gətirəcək?". /3933489

captcha