IQNA

Terroristlər tərəfindən oğurlanmış Quran qarisi azad edildi

23:51 - March 29, 2019
Xəbər sayı: 3484903
Nigeriyanın iki həftə öncə terrorçular tərəfindən oğurlanmış məşhur Quran qarisi Şeyx Əhməd Süleyman və onun digər beş yoldaşı insan oğrularının əlindən azad ediliblər.

Terroristlər tərəfindən oğurlanmış Quran qarisi azad edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriyanın iki həftə öncə terrorçular tərəfindən oğurlanmış məşhur Quran qarisi Şeyx Əhməd Süleyman azad edilib.

Nigeriyanın oğurlanmış məşhur Quran qarisi Şeyx Əhməd Süleyman iki həftə öncə digər beş nəfər dostu ilə Katsina əyalətində oğurlanmışdılar.

Cari həftənin üçüncü günü Katsina əyalətinin polis rəisi qari və yoldaşlarının azadlığı üçün başladılmış çevik əməliyyatdan sonra insan oğrularının əlindən xilas edildiyini məlumat verib.

Polis rəisi bildirib ki, onlar azad edildikdən sonra lazım olan tibbi müayinələrdən keçiriliblər və tam sağlamdırlar.

Qeyd edək ki, Nigeriyanın məşhur Quran qarisi Şeyx Əhməd Süleyman və onun digər beş yoldaşı Kabi əyalətindəki Quran qiraəti məclisindən Kanuya qayıdarkən Şim-Kankara yolunda oğurlanmışdılar.    

http://iqna.ir/fa/news/3800080

captcha