IQNA

Üç müəllimə aylıqlarını müqavimət cəbhəsinə hədiyyə etdi

22:23 - March 09, 2019
Xəbər sayı: 3484816
Livanın Təyyibə orta təhsil məktəbində tədris edən bu xanımlar müqavimət cəbhəsini dəstəklədiklərini elan edərək öz maaşlarını müqavimətə dəstək heyətinin "Qərzul-Həsənə" mərkəzinə təhvil veriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər AgentlÜç müəllimə aylıqlarını müqavimət cəbhəsinə hədiyyə etdiiyi) verdiyi xəbərə görə,  Livanın İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi Seyyid Həsən Nəsrullah dünənki çıxışının ardınca ölkənin orta məktəblərində dərs deyən üç müəllimə öz aylıq maaşlarını müqavimət cəbhəsinə hədiyyə ediblər.

Livanın Təyyibə orta təhsil məktəbində tədris edən bu xanımlar müqavimət cəbhəsini dəstəklədiklərini elan edərək öz maaşlarını müqavimətə dəstək heyətinin "Qərzul-Həsənə" mərkəzinin Ədəsiyyə şöbəsinə təhvil veriblər.

Qeyd edək ki, Livanın İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi Seyyid Həsən Nəsrullah dünən (8 Mart 2019) İslami Müqavimətə Dəstək Şurasının yaranmasının 30-cu ildönümündə çıxış edərək deyib: Bu gün, müqavimət və cihad üçün yeni bir meydan yaranıb. Maliyyə dəstəyi cihadı, sərvətlə cihada getmək. Və bu təbii qüdrət ünsürlərindən biridir ki, müqavimətin ona ehtiyacı var.

http://iqna.ir/fa/news/3796497  

captcha