IQNA

Avstraliyanın baş müftisi vəfat etdi

23:03 - July 11, 2018
Xəbər sayı: 3483451
Şeyx Əbdüləzim Əfifi – Avstraliyanın baş müftisi, bu gün səhər saatlarında, 11 İyul 2018-ci il, Melburn şəhər xəstəxanalarından birində vəfat etdi.

Avstraliyanın baş müftisi vəfat etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şeyx Əbdüləzim Əfifi – Avstraliyanın baş müftisi, bu gün səhər saatlarında, 11 İyul 2018-ci il, Melburn şəhər xəstəxanalarından birində vəfat etdi.

Avstarliyanın müsəlman camaat namazı imamlarının milli şurasının üzvü olan Şeyx Əbdüləzim Əfifi cari ilin Mart ayında həmin şura tərəfindən bu ölkənin baş müftisi vəzifəsinə təyin edilmişdi.

Avstraliya müsəlmanlarının camaat namazı imamları milli şurası Şeyx Əfifinin vəfatı münasibəti ilə başsağlığı ismarıcı yayıb və bu ismarıcda Şeyxi müsəlmanların və digərlərinin sevimlisi olduğunu vurğulayıb.

Bəyaniyyədə deyilir ki, Şeyx Əbdüləziz Əfifi bərəkətli ömrünün 20 ilini Avstarliyanın müsəlman cəmiyyətinə xidmətdə sərf edib.

Avstraliyanın Viktoriya əyalətinin mədəniyyət naziri Rabin Eskat bəyaniyyə yayaraq Şeyxin fəvatı münasibəti ilə müsəlmanlara və ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Avstraliyada 600 min müsəlman yaşayır ki, təqribən ölkə əhalisinin 3 faizini təşkil edir.

http://iqna.ir/fa/news/3729126

Teqlər: iqna ، avstraliya ، şeyx ، müfti
captcha