IQNA

Misrdə Qurani-Kərim hazifləri mükafatlandırılacaqlar

9:05 - May 28, 2018
Xəbər sayı: 3483232
Misrin Fəyyum əyalətinin kəndlərindən olan "Minşat Abdullah" kəndinin Qurani-Kərim hafizləri bu gün, həftənin birinci günü, 28 May 2018-ci il, mükafatlandırılacaqlar.

Misrdə azyaşlı Quran hazifləri mükafatlandırıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Fəyyum əyalətinin kəndlərindən olan "Minşat Abdullah" kəndinin Qurani-Kərim hafizləri bu gün, həftənin birinci günü, 28 May 2018-ci il, mükafatlandırılacaqlar.

Qurani-Kərimin hafizlərinin mükafatlandırılması İftar süfrəsi ziyafəti ilə birgə olacaqdır. Bu mərasimdə Fəyyum əyalətinin meri və digər dövlət məsulları da iştirak edəcəkdir.

Fəyyum əyalətinin "Minşat Abdullah" kəndi Quran hafizinin çoxluğu ilə məşhurdur. Misrin Vəqflər Nazirliyinin Qurani-Kərim yarışları hakimlərinin heyətinin "Minşat Abdullah" kəndinin 14 Quran məkrəznin hafizləri arasında təşkil etdiyi 4 mərhələli yarışda 254 nəfər Quran hafizinin ən yaxşıları seçildilər.

Bu yarışlarda birinci mərhələdə 42 nəfər, ikinci mərhələdə 43 nəfər, üçüncü mərhələdə 21 nəfər və 4-cü mərhələdə 41 nəfər ən yaxşı Quran hazifi rütbəsini qazandırlar.     

http://iqna.ir/fa/news/3718132

Teqlər: iqna ، misr ، fəyyum ، quran hafizləri
captcha