IQNA

İŞİD terroristləri Misirin Sinasında polis qüvvələrinə hücum etdilər

0:19 - January 06, 2018
Xəbər sayı: 3482602
Misirin şimali Sina əyalətində İŞİD terrorist ünsürləri polis qüvvələrinə hücum ediblər. Hücum zamanı polis qüvvələrindən üç nəfəri həyatını itirib.

İŞİD terroristləri Misirin Sinasında polis qüvvələrinə hücum etdilərİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla xəbər verir ki, Misirin şimali Sina əyalətində İŞİD terrorist ünsürləri polis qüvvələrinə hücum ediblər. Hücum zamanı polis qüvvələrindən üç nəfəri həyatını itirib.

Təkfirçi, radikal vəhabi və sələfi İŞİD terroristlərinin Misirdəki qolu olan "Sina Vilayəti" qruplaşması Misirin şimali Sina əyalətinin əl-Üreyş şəhərinin beynəlxalq qərb şosesində polis qüvvələrinə pusquya salaraq onlara hücum ediblər və 3 polis nəfərini öldürüblər.

Sina əyalətinin əl-Üreyş şəhərinin hərbi hospitalının xəbər mənbələri bildiriblər ki, əl-Üreyş şəhərinin beynəlxalq qərb şosesində öldürülən polis nəfərlərinin cəsədləri bu xəstəxanaya gətirilib.

Misir "kiv"ləri məlumat veriblər ki, silahlı terroristlər yolda yoxlanış postu qurublar. Polislərin maşını posta yaxınlaşan kimi onları atəşə tutublar. Bunan əlavə silahlı terrorçular sivil vətəndaşların da maşınlarını atəşə tutublar ki, bunun da nəticəsində bir cavan həyatını itirib və yaralananlar da olub.  

http://iqna.ir/fa/news/3679222

 

 

Teqlər: polis ، misir ، İŞİd ، iqna ، sina
captcha