İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanada polisi gəlmələrin və miqrantların yerli vətəndaşlar ilə qarışdırılması və eyniləşdirilməsi siyasətinin icrası istiqamətində və həmçinin müsəlmanları polisdə xidmət etməyə həvəsləndirmək hədəfi ilə yeni "hicablı polis uniforması" layihəsi hazırlayıb ki, bu layihəyə görə, müsəlman qadınlar öz dini örtükləri ilə polisdə çalışa biləcəklər.
Kanadanın paytaxtı Atava şəhərinin ilk müsəlman polis xanımı Leyla Şebli öz müsahibəsində bildirmişdi ki, "hicablı polis uniforması" müsəlman qadınları Kanada polisində işləmək üçün həvəsləndirəcək. Onun bu çıxışının ardınca Atava şəhərinin polis rəisi "hicablı polis uniforması" layihəsinin hazırlanması barədə xəbər verdi.
Çarliz Buredlu (Atava şəhərinin polis rəisi) cari həftənin birinci günü özünü "tyuter" səhifəsində yazdı ki, bu yaxınlarda "hicablı polis uniforması" layihəsini təqdim edəcəkdir.
O dedi: Kanada polisinin əsas siyasəti mədəniyyət, millət və dinlərə ehtiramla yanaşmaqdır. Amma polis qanunlarına görə, polis qüvvələrinin geyimi bu peşəyə uyğun olmalıdır.
http://www.iqna.ir/fa/news/3656222