IQNA

"independent" yazdı:

Birmenqham universitetinin qədim əlyazma Quran nüsxəsi barədə yeni fərziyyələr

20:29 - December 25, 2015
Xəbər sayı: 3469176
Beynəlxalq şöbə: Bu ilin yayında çox qədim bir Quranın iki vərəq əlyazma nüsxəsi İngiltərənin Birmenqham universitetində tapıldı və radiokarbon analizlərindən sonra məlum oldu ki, bu nüsxə dünyada ən qədim Quran nüsxəsidir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "www.independent.co.uk" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, cari ilin yayında çox qədim bir Quranın iki vərəq əlyazma nüsxəsi İngiltərənin Birmenqham universitetində tapıldı və radiokarbon analizlərindən sonra məlum oldu ki, bu nüsxə dünyada ən qədim Quran nüsxəsidir və həmçinin ən azı 1370 il tarixə malikdir.



Bu Quran nüsxəsi tapılandan sonra haqqında müxtəlif fərziyyələr səslənməyə başladı. Bəziləri bu nüsxənin hətta İslamdan öncə mövcud olduğu iddiasını da etdilər. Bu yaxınlarda isə BƏƏ-nin tarixçi alimi və BƏƏ-nin Ali-Məktum adına İslami Araşdırmalar Mərkəzinin icraçı katibi Camal bin Hüveyrəb iddia edib ki, bu Quran nüsxəsinin Peyğəmərdən (s) sonra 27 ay xəlifəlik etmiş birinci raşidi xəlifə Əbu Bəkrə aid olması daha çox ehtimal olunur və "mən güman edirəm ki, bu nüsxə Əbu Bəkrin şəxsi Quran nüsxəsinin bir hissəsidir". Amma məlum universitetin ustadları, o cümlədən Deyvid Tomas - "İslam və Məsihilik" fənninin ustadı, Camal bin Hüveyrənin iddiasını rədd ediblər.



Deyvid Tomas - "İslam və Məsihilik" fənninin ustadı, vurğulayıb ki, analizlər göstərir ki, bu Quran nüsxəsi Əbu Bəkrin vəfatında 20 il sonra yazılıb və nüsxənin yazanın Peyğəmbəri (s) başqalarından daha çox tanıdığı nüsxədən anlaşılır. Hər halda bu nüsxənin müəllifi haqqında qəti söz demək olmaz.  



Qeyd edək ki, cari ilin yay aylarında Birmenqham universitetində tapılan Quran nüsxəsi iki tikə dəri üzərində və hicaz xətti ilə yazılıb. Bu nüsxədə 18, 19 və 20-ci surələrdən müxtəlif hissələr mövcuddur.



3468844

Teqlər: quran ، qədim ، 1370 ، Əbu bəkr
captcha