IQNA

Misirin Din Nazirliyi Mahmud Ənvər Şahatın Quran qiraətinə qadağa qoyub

10:13 - December 13, 2015
Xəbər sayı: 3462436
Tehran(IQNA) - Misirin Din (Vəqf) Nazirliyi ölkənin iki məşhur Quran hafizini və qiraət ustasını İrana səfər etdikləri üçün cəzalandırıb.

IQNA’nın İnterAz-a istinadla verdiyi xəbərə görə, Mahmud Ənvər Şəhat və Məhəmməd Yəhya Şərqavi bu il həcc mövsümündə Məkkədə baş vermiş faciədə həyatını itirən iranlı hafizlərin əza məclisində iştirak etmək üçün İrana səfər ediblər.

Səfərdən qayıtdıqdan sonra Din Nazirliyi onlara qarşı sərt cəza tətbiq edib. Belə ki, onların rəsmi mərasimlərdə, radio və televiziyada Quran tilavət etməsi qadağan edilib.

Qeyd edək ki, Mahmud Ənvər Şəhat tanınmış Quran hafizi mərhum Məhəmməd Ənvər Şəhatın oğludur. Gənc olmasına baxmayaraq dünyanın ən gözəl Quran tilavətçilərindən biri olaraq sevilir və müxtəlif ölkələrdən dəvətlər alır.

captcha