IQNA

İndoneziyada beynəlxalq İslami araşdırmalar mərkəzi təsis olunacaq

23:45 - June 10, 2015
Xəbər sayı: 3313148
Beynəlxalq şöbə: "Dünyaya həqiqi İslam maarifini yaymaq hədəfi ilə İndoneziyada beynəlxalq İslami araşdırmalar mərkəzi təsis olunacaq" – İndoneziyanın prezidentinin müavini Yusif Kala bu barədə belə informasiya yayıb.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "jakartapost" qəzetinə istinadən verdiyi xəbərə görə, İndoneziyanın prezidentinin müavini Yusif Kala bu barədə deyib: İndoneziya ən çox cəmiyyətli ölkələrdən biri olaraq İslamın genişlənməsində ən nüfuzlu rola malik olmalıdır.



O, dünyaya həqiqi İslam maarifini yaymaq hədəfi ilə İndoneziyada beynəlxalq İslami araşdırmalar mərkəzinin təsis olunması üçün 200 hektar yerin alındığına işarə edərək, deyib: Bu məsələni bəzi müsəlman ölkələri – (Afrika-Asiya İslami həmkarlıq toplantısında) - bizdən tələb etdilər ki, İndoneziya müsəlmanlarının sayına görə çoxluq təşkil etdiyi üçün müsəlman dünyasında cərəyan edən hadisələrə təsirli nüfuz etməlidir. Buna görə də İndoneziyanın "əl-Əzhər"ə rəqib sayılan bir  beynəlxalq İslami araşdırmalar mərkəzi təsis olunmalıdır. Belə ki, İslamı öyrənmək üçün hamı İndoneziyaya üz tutusn.  



Dünyada təqribən 1, 57 milyon müsəlman yaşayır ki, dünyanın 23% - ini təşkil ediri. İndoneziya isə 204 milyon müsəlman yaşayır ki, müsəlmanların 13% nı da etmir. 3312784

captcha