IQNA

Seyid Həsən Nəsrullah çıxış etdi

8:46 - May 24, 2015
Xəbər sayı: 3306917
Tehran(İQNA)- Terrorizmlə mübarizədə ümidsizliyin olmadığı yeni bir mərhələ başlayacaq. Bu mərhələdə biz təkfirçi qruplarla mübarizə aparmaq üçün bütün gücümüzdən istifadə edəcəyik.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, o, çıxışında ehtimal olunan ümumi səfərbərlikdən söz açaraq deyib: “Terrorizmlə mübarizədə ümidsizliyin olmadığı yeni bir mərhələ başlayacaq. Bu mərhələdə biz təkfirçi qruplarla mübarizə aparmaq üçün bütün gücümüzdən istifadə edəcəyik. Biz hər yerdə mübarizə aparırıq və heç kimdən qorxmuruq. Bunu da deməliyəm ki, açıq gözlə mübarizə aparacağıq. Bizi bəyənməyənlər əllərindən gələni edə bilərlər. Təhqirlərə və nailiyyətlərimizin gizlədilməsinə önəm vermirik. Bütün şəhərlərimiz çöksə də, iradəmiz çökməyəcək və ruhiyyəmizi yüksək saxlayacağıq. Allah Bədr və Ühüdü Peyğəmbərə (s) vacib etdiyi kimi, bu döyüşləri də bizə vacib edib.

“Hizbullah” lideri 3 seçimlərindən söz açaraq bildirib: “Bizim 3 seçimimiz var, Ya son 4 ildə Suriyada olan mübarizələrimizi artırmalıyıq, ya təkfirçilərə təslim olub qadın və uşaqlarımızın təhqir olunmasını qəbul etməliyik, ya da dünyada simamızın hörmətdən salınmasına razı olmalıyıq. Bu döyüşlərdə bizim qüvvələrimizin yarısının şəhadətə çatması ilə digər yarısı izzətlə həyatına davam edəcəksə, biz buna razıyıq. Hətta qüvvələrimizin 3/4-ü şəhadətə çatsa belə, 1/4-nin qalıb izzətlə yaşamasına razıyıq. Lakin Allahın iznilə bu qədər şəhidin verilməsinə icazə verməyəcəyik. Lakin bunu da qeyd etməliyəm ki, bu döyüş böyük fədakarlıqlar tələb edir.

Teqlər: seyid ، həsən ، nəsrullah ، çıxış ، etdi
captcha