IQNA

Məşhəddə yeni mədrəsə inşa ediləcək

14:02 - May 19, 2015
Xəbər sayı: 3305417
Tehran(İQNA- Ayətullah Nasir Məkarim Şirazi İranın Məşhəd şəhərində yeni mədrəsənin inşaasından danışıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-ə istinadən verdiyi xəbərə əsasən, Məşhəd hövzəsinin məsulları ilə görüşən Ayətullah Məkarim Şirazi, hövzələrin zəmanəmizdə olan əhəmiyyətindən danışaraq bildirib: “Biz Xorasan elmi hövzəsi ilə fəxr edirik. Hövzələr bu gün, zəmanənin ehtiyaclarını ödəməlidirlər.

Bu gün dünyada günah və fəsadın artdığını görürük. Bu fəsadın qarşısını düzgün yollarla almalıyıq. Biz də öz sözlərimizi əməli surətdə icra etmək üçün Məşhəd şəhərində yeni mədrəsə inşa etmək qərarına gəldik. Yaxın gələcəkdə Allahın iznilə tələbələr üçün yeni mədrəsə təsis ediləcəkdir.”

Teqlər: məşhəd ، yeni ، mədrəsə ، inşa
captcha